MDB
Avroparlamentarilər prezidentlə görüşdülər: Azərbaycana da gələcəklər
Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyəti ölkə prezidenti Salome Zurabişvili ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə Gürcüstanın Avropa İttifaqı ilə assosiasiya sazişini yerinə yetirməsinə dair illik hesabat və ölkənin Aİ-yə namizəd statusunun qəbulu ilə bağlı etdiyi müraciət müzakirə olunub.
Görüşdən sonra açıqlama verən Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid Makallister bildirib ki, Gürcüstan namizəd statusu almaq üçün müəyyən prioritet məsələləri həll etməlidir:
“Gürcüstana səfər Cənubi Qafqazdakı missiyamızın tərkib hissələrindən biridir və biz Gürcüstan parlamenti və hökumətinin nümayəndələri, “Gürcü arzusu”nun nümayəndələri və müxalifətlə görüşəcəyik. Təbii ki, biz əsasən Gürcüstanın Aİ-yə üzvlük müraciətindən danışacağıq. Sizə demək istəyirəm ki, Avropa Şurasının ötən ay Gürcüstana Avropa perspektivinin verilməsi ilə bağlı qəbul etdiyi qərar həqiqətən də tarixi qərar idi.
Bu, Avropa Parlamentinin gürcü xalqını dəstəklədiyinin və Gürcüstanın Avropa İttifaqı ailəsinin üzvü olduğu üçün onu Avropa İttifaqına yaxınlaşdırmağa hazır olduğunun etirafıdır. Lakin biz hesab edirik ki, Gürcüstan namizəd statusu alması üçün müəyyən prioritet məsələləri həll etməlidir. Bu prioritetlər Avropa Komissiyasının rəyində çox aydın şəkildə göstərilmişdir", - deyə D. Makallister bildirib.
Məlumata əsasən, nümayəndə heyətinin üzvlərinin Gürcüstandakı ictimai faəllar, QHT sektoru, o cümlədən icra hakimiyyət və müxalifət nümayəndələri ilə də görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, nümayəndə heyətinə Xarici Əlaqələr Komitəsinin sədri Devid Makallister rəhbərlik edir.
Avropa Parlamentinin deputatları Gürcüstandan sonra Ermənistan və Azərbaycana da səfəri planlaşdırılır.
Tural Turan
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular















.jpg)


















.jpg)

.jpg)