MDB
Odessa limanında yanğın: İstanbul razılaşmasına qarşı TƏXRİBAT?
İstanbulda Ukrayna taxılının ixracı ilə bağlı razılaşma əldə olundu. Bu, müharibənin başlanmasından sonra ən mühüm razılaşma hesab olunur, xüsusilə dünyada taxıl böhranının qarşısının alınması baxımından. Lakin İstanbul razılaşmasından bir gün sonra Ukrayna taxılının daşınacağı Odessada güclü partlayışlar və limanda yanğınların olması diqqət çəkdi. Bu, razılaşmanın işləməsinə qarşı atılan addım olaraq görünür.
Publika.az xəbər verir ki, rəsmi Kiyev rusların Odessa limanlarına raket zərbəsi endirdiyini deyir.
Deputat Aleksey Qonçarenko bildirir ki, 6 raket zərbəsinin qarşısını hava hücumundan müdafiə sistemləri alıb, lakin zərbələr davam edir.
“Rusiya Odessa ticarət limanına da zərbə endirib, yanğın baş verib. Onlar bir daha göstərdi ki, razılaşmaya əməl etmək istəmirlər. Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracını təmin etmək üçün Ukrayna ordusunun silahlandırmaq lazımdır”, - o deyib.
Rusiyanın bu hücumu təşkil etməsi ehtimalı siyasi baxımdan da mümkündür. Çünki Moskva taxıl böhranından Qərbə qarşı kart olaraq istifadə edir, İstanbulda razılaşsa da, bunun praktiki mərhələdə qarşısını almaqla taxıl rıçağını əlində saxlayır.
Lakin Rusiya Odessa limanına hücumu qəbul etmir və Ukraynanı razılaşmanı pozmaqda ittiham edir.
Bu prosesdə Kiyevin də maraqlarının olması istisna deyil. Çünki taxıl böhranı Qərbin Rusiya qarşısında müəyyən qədər geri çəkilməsi ilə nəticələndi. Moskvanın əsas istəyi sanksiyaların yumşaldılması idi və razılaşma ərəfəsində ABŞ, daha sonra Avropa ittifaqı müəyyən sanksiyaları aradan götürdü. Bu, Rusiya qarşısında Ukraynaya dəstəyin də müəyyən qədər səngiməsi ilə nəticələnib. Bu kontekstdə Ukrayna İstanbulda razılaşsa da, Rusiyanın əlinin zəifləməsi baxımından, bunun praktiki mərhələdə işləməməsində maraqlı ola bilər.
Hazırda müəmmalı vəziyyət yaranıb və Odessa limanında yanğının başlanmasının taxılın ixracına nə qədər təsir edib-etməyəcəyi açıq olaraq qalmaqdadır.
Asif
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular















.jpg)


















.jpg)

.jpg)