MDB
Ağ Evə MƏLUMAT SIZDI: Bayden Zelenskiyə zəng edəcək və...
Avqustun 24-də (Vaşinqton vaxtı ilə) ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenskiyə zəng edəcək.
Publika.az CNN-ə istinadla xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Con Kirbinin bəyanatında deyilir.
Söhbət xüsusilə Ağ Evdən Ukraynanın işğal olunmuş ərazilərində keçirilən “referendumlar”la bağlı yeni məlumatlara görə baş tutacaq.
Kirbinin sözlərinə görə, Ağ Evdə Rusiyanın yaxın bir neçə gün ərzində işğal olunmuş Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində psevdoreferendum keçirə biləcəyi barədə məlumat var.
"Birləşmiş Ştatlar və beynəlxalq ictimaiyyət Ukraynanın suveren ərazisinə nəzarət etmək cəhdinin legitim sayılmayacağını açıq şəkildə bəyan edib", - Kirbi bildirib.
Birləşmiş Ştatlar Rusiyanın “referendumların” nəticələri ilə manipulyasiya etməsini və ukraynalıların guya Rusiya Federasiyasının tərkibinə daxil olmağa razı olduqlarını yalan iddia etməsini gözləyir.
"Bu dezinformasiyanı real vaxtda müəyyən etmək və ona qarşı çıxmaq çox vacib olacaq", - Kirbi əlavə edib.
Onun sözlərinə görə, ruslar indi psevdoreferendumlarda mümkün az iştirakdan narahatdırlar.
Hüseyn İbadlı
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular



































.jpg)

.jpg)