MDB
Rusiya ordusunda MÜƏMMA: Kadırovun "vurduğu" general vəzifəsindən AZAD EDİLDİ
ChGTRK Qroznı telekanalı Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı qoşunların mərkəzi qruplaşmasının komandiri, general- polkovnik Aleksandr Lapinin vəzifəsindən azad edildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə regional medianın saytında məlumat verilib.
Telekanal hərbçinin rəhbərlikdən uzaqlaşdırılmasının səbəblərini açıqlamayıb. Bununla belə, jurnalistlər generalın Çeçenistan rəhbəri Ramzan Kadırov tərəfindən dəfələrlə tənqid edildiyini xatırladıblar.
2022-ci ilin oktyabrında Ramzan Kadırov general Lapini dəfələrlə tənqid edib. Çeçenistan rəhbərinin sözlərinə görə, Rusiya qoşunlarının Krasnı Limandan məcburi çıxarılmasına səbəb məhz Mərkəz qrupunun komandirinin yanlış hərəkətləri olub.
Kadırovun sözlərinə görə, Krasnolimanska istiqamətinin müdafiəsinə rəhbərlik etmək üçün təyin edilmiş Lapin Luqanskda “oturub ” və "Luqansk Xalq Respublikasından" (LXR) səfərbər olunanları sərhədlərə yerləşdirib, onları lazımi kommunikasiyalarla təmin etməyib. Kifayət qədər sursat verməyib.
Hüseyn İbadlı
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular











.jpg)
























.jpg)

.jpg)