MDB
Yaponiya avtomobil nəhəngi Rusiyaya ƏLVİDA DEDİ
Avtomobil istehsalçısı "Infiniti" hazırkı iqtisadi şəraitdə fəaliyyətini davam etdirə bilmədiyi üçün Rusiya bazarını tərk etdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə yapon istehsalçısı məlumat yayıb.
"Əgər problemin həlli varsa, narahat olmağı dayandırın, yoxsa, narahat olmağın mənası yoxdur. Bu, Yapon müdrikliyidir. Vəziyyəti qəbul etmək Yapon müdrikliyinin əsas sütunlarından biridir. Bu gün sizə "sayonara" demək istəyirik. Yapon dilində əlvida deməkdir", şirkətin press-relizində deyilir.
Qeyd edilib ki, avtomobillərə texniki qulluq dayandırılmayacaq.
"Biz sizə dəyər veririk və nə olursa olsun sizin qayğınıza qalmağa davam edəcəyik. Biz zəmanət şərtləri çərçivəsində avtomobillərimizin bütün sahiblərinə xidmət dəstəyi göstərməyə davam edəcəyik", - avtomobil istehsalçısı söz verib.
Qeyd edək ki, yazda şirkət sanksiyalara görə Rusiyaya yeni avtomobillərin tədarükünü dayandırmaq qərarına gəlib.
Hüseyn İbadlı
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular












.jpg)























.jpg)

.jpg)