MDB
Qonşu ölkədə dollar bahalaşdı, avro isə..

Rusiya Federasiyası Mərkəzi Bankı dolların və avronun rəsmi məzənnəsini müvafiq olaraq 73,63 rubl və 78,67 rubl səviyyəsində müəyyən edib.
Publika.az xəbər verir ki, hər iki valyuta 2022-ci ilin aprelindən bəri ən yüksək səviyyəyə qalxıb.
Dolların və avronun dəyəri 2022-ci ilin fevral ayının sonu və martın birinci yarısında artıb. Fevralın 22-də Amerika valyutasının rəsmi məzənnəsi 76 rubl 76 qəpik olub, martın 2-də isə 1998-ci il denominasiyasından sonra ilk dəfə olaraq 100 rublu ötüb. Avronun məzənnəsi ilk dəfə fevralın 28-də yüz rubl həddini keçib. Martın 11-də 1 avro 132 rubl 95 qəpik, 1 dollar isə 120 rubl 60 qəpik olub.
Martın ikinci yarısından başlayaraq dollar və avro ucuzlaşıb, iyuna kimi dollar 51,16 rubla, avro isə 53,86 rubla qalxmağa başlayıb. Dollar üçün bu göstərici 2022-ci ildə ən aşağı səviyyədə qalır, avronun məzənnəsi isə sentyabrın 30-da 52,73 rubla düşüb.
Hüseyn İbadlı

-
ABŞ19:20
Tramp yenə ölümdən döndü - Bu dəfə helikopterində nasazlıq yarandı
-
MDB19:10
Rusiya qırıcıları indi də bu ölkənin hava məkanını pozdu
-
İdman19:00
Piastri Bakıda qaydanı pozdu: Araşdırma aparılır
-
Nəqliyyat18:50
Avtobuslarda məsafəyə uyğun ödəniş sistemi tətbiq ediləcək - Bu tarixdən...
-
Ekologiya18:30
Azərbaycanda sarı və narıncı XƏBƏRDARLIQ verildi
-
Dünya17:35
48 saat ərzində 5 dəbdəbəli geyim: Melaniya Tramp Londonu belə valeh edib - FOTOLAR
-
Rəsmi xronika17:33
Prezident fərman imzaladı
-
Nida Xəbər 16:36
Hərbi prokurora yeni müavin təyin olundu