MDB
COVID-19 peyvəndini hazırlayan virusoloqu kəmərlə BOĞUB ÖLDÜRDÜLƏR
Moskvada 48 yaşlı virusoloq Andrey Botikov hücum nəticəsində ölüb.
Bu barədə Publika.az Rusiya KİV-nə istinadla xəbər verir.
Bildirilib ki, hücum martın 2-də, cümə axşamı Roqova küçəsindəki evdə baş verib. İstintaqın məlumatına görə, virusoloqa 29 yaşlı gənc hücum edib və onu kəmərlə boğub.
Həkimlər alimə reanimasiya etməyə çalışsalar da, Botikov dünyasını dəyişib.
Qətli törətməkdə şübhəli bilinən gənc artıq saxlanılıb, ona qarşı qətl maddəsi ilə cinayət işi açılıb.
Andrey Botikov "Sputnik V" peyvəndini hazırlayan N. F. Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin 18 nəfərlik alim qrupunun üzvü idi.
Hüseyn İbadlı
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi




































