ABŞ-dən Rusiyanı qorxudacaq AÇIQLAMA: "Bunu ukraynalılar istədi"
Bizi izləyin

MDB

ABŞ-dən Rusiyanı qorxudacaq AÇIQLAMA: "Bunu ukraynalılar istədi"

ABŞ-dən Rusiyanı qorxudacaq AÇIQLAMA: "Bunu ukraynalılar istədi"

ABŞ Ukraynanı kaset sursatları ilə təmin etməyi düşünür. Təchizat müzakirəsi hələ də davam edir.

Publika.az "The Independent"ə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millli məlumat verib.

Onun sözlərinə görə, ABŞ bu sursatları uzun müddətdir təmin etməyi düşünür.

Milli Rusiya qüvvələrinin Ukraynadakı döyüş meydanında kaset bombalarından istifadə etdiyini və Ukrayna qüvvələrinin digər müttəfiqlərdən kaset bombaları aldığını və silahları yerləşdirdiyini qeyd edib.

"Bunu ukraynalılar istədi, digər Avropa ölkələri bu silahların bir hissəsini verdilər. Ondan ruslar da istifadə edir. Qərar vermə prosesi davam edir", - o qeyd edib.

Qeyd:

Kasset bombaları adını fransız “cassette” – “yeşik” sözündən götürüb və bu, sursatın tipini müəyyən edən əsas detaldır. Burada 1 bombanın - kassetin içinə 100, bəzən daha çox kiçik bombacıqlar yerləşdirilir, partlayış anında bombanın dağıdıcı, məhvedici gücü dəfələrlə artmış olur. Kasset bombalarının tank əleyhinə, piyada əleyhinə, yandırıcı və sairə növləri var. ABŞ tərkibində öldürücü zarin qazı daşıyan bombacıqlar olan kassetli raket başlığı da istehsal edib.

Son illərdə kasset bombalarından Rusiya Çeçenistanda, ABŞ Əfqanıstan və İraqda, Bəşər Əsəd rejimi müxalifətə qarşı, Səudiyyənin Yəməndəki üsyançılara qarşı tətbiqi və sairə faktlar qeydə alınıb.

Xatırladaq ki, Ermənistan bu silahdan 44 günlük Vətən müharibəsi dövründə Goranboy, Gəncə, Tərtər və Bərdədə dinc əhaliyə qarşı istifadə edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm