MDB
Ukrayna ilə Rusiya əsirləri dəyişdi: Hər iki tərəf fərqli rəqəm açıqladı - VİDEO
Bu gün Rusiya və Ukrayna hərbi əsirləri dəyişdirib.
Publika.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 195 nəfər Ukrayna əsirliyindən qayıdıb və bunun müqabilində eyni sayda hərbi əsir Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib.
“Sərbəst buraxılanların hamısına lazımi tibbi və psixoloji yardım göstərilir”, - Rusiya Müdafiə Nazirliyi bildirib.
Maraqlıdır ki, Ukrayna prezidenti Vladimir Zelenski başqa bir rəqəm səsləndirib. O, mübadilə ilə bağlı məlumatı təsdiqləyərək, 207 hərbi qulluqçunun geri qayıtdığını açıqlayıb.
Bir həftə əvvəl Rusiyanın İl-76 təyyarəsinin Belqorod vilayətində qəzaya uğraması səbəbindən mübadilə pozulmuşdu. Ekspertizaya görə, İl-76 Amerika “Patriot” sistemi tərəfindən vurulub.
İl-76 hərbi-nəqliyyat təyyarəsi 2024-cü il yanvarın 24-də Belqorod vilayətinin Yablonovo kəndindən bir neçə kilometr aralıda qəzaya uğrayıb. Təyyarədə altı ekipaj üzvü, hərbi polis zabiti və əsir götürülən 60-dan çox Ukrayna hərbçisi olub. Onların hamısı ölüb.
-
Sağlamlıq05:15Bu əlamətlər varsa, dərhal həkimə müraciət edin! - Xəbərdarlıq
-
İdman02:07“Qarabağ”ın ÇL-dəki qazancı artdı - Məbləğ nə qədərdir?
-
Qoroskop02:00Günün ulduz falı: Maliyyə sabitliyi üçün yeni planlar qurmalısız
-
İdman01:45Elvin “Qarabağ”dan gedir? - Menecerimlə danışmalıyam
-
İdman5 Noyabr 23:51“Qarabağ” - “Çelsi” matçının ən yaxşısı o oldu - FOTO
-
İdman5 Noyabr 23:41ÇL: “Qarabağ” “Çelsi” ilə heç-heçə etdi - VİDEO/YENİLƏNDİ
-
Magazin25 Noyabr 20:00Ancelina Coli Xersonda - Fotolar
-
Elm və təhsil5 Noyabr 18:20Prezident onları təltif etdi - SİYAHI



































