MDB
Zelenski: "Mən bütün siqnalları qəbul edirəm"
Kiyev Vaşinqtondan sülh planı ilə bağlı son təkliflərə rəsmi cavab almayıb.
Publika.az "RBK-Ukraina"ya istnadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlayıb.
Onun sözlərinə görə, danışıqlar komandası vasitəsilə müəyyən siqnallar çatdırılır.
"Xeyr, mən hələ Amerika Birləşmiş Ştatlarından cavab almadım. Bir neçə mesajı danışıqlar komandam vasitəsilə eşitdim. Amma mən bütün siqnalları qəbul edirəm və artıq bu gün başlayacaq dialoqa hazır olacağam", – Zelenski vurğulayıb.
O əlavə edib ki, Berlində siyasi dialoq baxımından gərgin gün gözlənilir:
"Bu gün bizim Berlində Ukrayna-Amerika günümüzdür. Şübhəsiz ki, Almaniya Kansleri ilə də ayrıca görüşəcəyəm və yəqin ki, axşam başqa Avropa liderləri ilə də danışıqlar baş tutacaq", – Zelenski əlavə edib.
O, Kiyevin tərəfdaşlarla dialoqu davam etdirməyə və sülhün əldə olunması istiqamətində növbəti addımları müzakirə etməyə hazır olduğunu da vurğulayıb.
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa25 İyul 19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi




















.jpg)













