Lavrov "Crocus" faciəsində maraqlı ola biləcək ölkənin ADINI AÇIQLADI
Bizi izləyin

MDB

Lavrov "Crocus" faciəsində maraqlı ola biləcək ölkənin ADINI AÇIQLADI

""Qərb Rusiyanı inandırmağa çalışır ki, "Crocus City Hall"dakı terror aktında Ukraynanın əli olmayıb, lakin Rusiya tərəfi Kiyevin bu faciədən faydalandığını istisna edə bilməz".

Publika.az xəbər verir ki, unu “İzvestiya” qəzetinə açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Qərb şübhəli formada bizi aktiv şəkildə inandırır ki, Ukraynadan şübhələnməyə ehtiyac yoxdur. Səbəbini izah etmədən. Baxmayaraq ki, sağlam məntiq nöqteyi-nəzərindən, "bu, kimə sərf edir" sualına cavab verərkən, Ukraynanı istisna edə bilmərik", - Lavrov bildirib.

"RİA Novosti" agentliyi yazıb ki, ABŞ Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında baş vermiş terror aktından sonra Kiyevə yardım perspektivlərinə yenidən baxa bilər.

İstintaq “Crocus City Hall” konsert zalında törədilən terror aktında şübhəli bilinən şəxslərlə Ukrayna arasında əlaqə olduğuna dair sübutlar aşkarlayıb.

Martın 22-də axşam saatlarında "Crocus City Hall"da terror aktı baş verib. "Piknik" qrupunun konsertindən əvvəl silahlı şəxslər otağa soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib, daha sonra yanğın başlayıb.

Bundan əvvəl isə ABŞ Rusiyanın mümkün terror aktı ilə bağlı xəbərdarlığa məhəl qoymadığını bildirmişdi.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm