MDB
Erməni futbolçu rus polisi avtomobillə vuraraq öldürdü
Ermənistan milli futbol komandasının keçmiş qapıçısı Armen Fişyan Rusiya yol polisi əməkdaşını və onun yolda dayandırdığı sürücünü avtomobillə vuraraq öldürüb.
Publika.az Rusiya mediasına istinadla xəbər verir ki, qəza martın 23-də Rusiyanın Stavropol diyarında baş verib.
Armen Fişyan öz yolsuzluq avtomobili ilə Mineralnıye Vodıya yol alıb. “Qafqaz” avtomobil yolunun 284-cü kilometrliyinə çatanda o, polis leytenantını və onun cərimə yazmaq üçün saxladığı sürücünü vurub. Nəticədə onların hər ikisi həlak olub. Qəzadan dərhal sonra Fişyan hadisə yerini tərk edib. Onun ələ keçirilməsi ilə bağlı plan hazırlanıb və A.Fişyan tutulub.
Yerli medianın yazdığına görə, saxlanılan zaman A.Fişyan heç kəsi vurmadığını iddia etsə də, avtomobildəki qanın haradan peyda olduğunu izah edə bilməyib. Ona qarşı cinayət işi açılıb, indi keçmiş qapıçını 15 ilə qədər həbs cəzası gözləyir.
Armen Fişyan Ermənistanın gənclərdən ibarət futbol yığmalarının keçmiş qapıçısıdır. O, peşəkar karyerasını 2016-cı ildə başa vurub. Bundan sonra A.Fişyan mini-futbol klublarında çıxış edib.
-
Sosial19:36Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri alacaqsınız - Video
-
İKT18:48İnsanı kentavr halına gətirən robot hazırlandı - Video
-
Magazin117:40Rəqsanənin Gəncədəki konserti ləğv olundu
-
Hadisə17:35Bakıda köməksiz vəziyyətdə qalan uşaqlar belə xilas edildi - Video
-
Yaxın Şərq17:30İsrailə yeni raket hücumları başladı
-
Hadisə17:0060 əcnəbi İrandan Azərbaycana təxliyə olundu
-
Ekologiya16:40Hava kəskin dəyişəcək - Xəbərdarlıq
-
Sosial16:05Əmircanda bir qrup sakin niyə evlərindən çıxarıldı? - Foto







































