MDB
Avropadan Ukraynaya təklif: Müharibəni 2 il də uzat, əvəzində...
Avropa ölkələri Ukraynaya müharibəni daha 2 il davam etdirmək şərti ilə maliyyə dəstəyi vəd edib.
Publika.az xəbər verir ki, bu barədə "Ukrainska Pravda" nəşri prezidentyönlü "Xalqın Xidmətçisi" partiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, bu təklifdən sonra prezident Vladimir Zelenski hökumətə seçkilər keçirilmədən ölkənin necə işləyəcəyini planlaşdırmaq tapşırığı verib. Həmçinin belə şəraitdə Ali Radanın fəaliyyəti üçün də ssenarilər hazırlanır.
Xəbərdə qeyd olunur ki, “Xalqın xidmətçisi” fraksiyası daxili böhran və anti-korrupsiya araşdırmaları səbəbindən səs sayını 110-120-yə endirib. Bu səbəbdən yaxın zamanda bir sıra qanun layihələri qəbul edilməyib.
Eyni zamanda, Avropa Ukraynanın maliyyə dəstəyini iki-üç il müddətinə planlaşdırır. 2026-2027-ci illər üçün Avropa Parlamentinin təsdiqlədiyi 90 milyard avro kredit paketinin 60 milyard avrosu müdafiəyə və silahlanmaya, 30 milyard avrosu isə büdcə dəstəyi və makromaliyyə yardımı üçün nəzərdə tutulub.
Adəm
-
Nəqliyyat18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək









































