Rusiyada daha bir qəza: Bu dəfə də qatarla yük maşını toqquşdu
Bizi izləyin

MDB

Rusiyada daha bir qəza: Bu dəfə də qatarla yük maşını toqquşdu

Rusiyada daha bir qəza: Bu dəfə də qatarla yük maşını toqquşdu

Perm vilayətində Urenqoy-Moskva sərnişin qatarı yük maşını ilə toqquşub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya vilayətinin qubernatoru Dmitri Maxonin özünün Telegram kanalında məlumat verib .

“Qatarda olan sərnişinlər arasında xəsarət alan olmayıb. Qatar “Evropeyskaya” stansiyasına aparılıb. Biz bütün lazımi yardımları təşkil edəcəyik”, - qubernator yazıb.

Onun sözlərinə görə, hadisənin baş vermə şəraitini aydınlaşdırmaq üçün operativ qərargah yaradılıb.

İyulun 29-da Volqoqrad yaxınlığında Kazan-Adler sərnişin qatarı ilə “KamAZ” toqquşub. Doqquz vaqon relsdən çıxıb. Qatarın içərisində 800-dən çox sərnişin olub. Qeyri-rəsmi məlumata görə, 140 nəfər, rəsmi məlumata görə, 52 nəfər xəsarət alıb. “KamAZ” sürücüsü sağ qalıb – onu süni komaya salıblar, sonra özünə gəlib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm