MDB
Abxaziyada Rusiyaya qarşı etiraz başladı: Parlamentin binası mühasirəyə alınıb
Abxaziyada növbəti dəfə ixtisaslar yaşanır. Etirazçılar respublika parlamentinin ərazisinə soxulublar.
Publika.az xəbər verir ki, binanın yaxınlığında təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma baş verib. Daha sonra etirazçılar yük maşını ilə hasarın bir hissəsini dağıdıblar. TASS-ın məlumatına görə, müxalifətin kompleksə daxil olmasının qarşısını almaq üçün darvazanın sındırıldığı əraziyə yanğınsöndürən maşın gətirilib. Eyni zamanda parlament binasının özü də təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Etirazçılar kordonun qarşısında dayanaraq plastik və şüşə butulkalar, yumurta və lövhələr atırlar.
Cümə günü səhər müxalifətin çağırışı ilə insanlar Abxaziya parlamentinin yaxınlığında toplaşmağa başlayıb. Respublikanın ali qanunverici orqanı Rusiya ilə investisiyalar haqqında hökumətlərarası sazişin ratifikasiyası məsələsinə baxmağa hazırlaşırdı, lakin deputatların qərarı ilə iclas ləğv edilib.
Xatırladaq ki, həftənin əvvəlində Abxaziya parlamenti “Çoxfunksiyalı komplekslərin hüquqi statusunun tənzimlənməsi haqqında” qanun qəbul edib. Bu sənəd oktyabrın 30-da Moskvada imzalanmış investisiyalar üzrə Rusiya ilə hökumətlərarası sazişin bəzi konsepsiyalarını tənzimləyir. Bu müqavilə Rusiya şirkətlərinə Abxaziyada investisiya layihələri həyata keçirməyə imkan verir.
Müxalifət sazişi ölkənin iqtisadi suverenliyinə zərər vuran hesab edir və söhbətin Abxaziya ərazisindəki mənzillərin Rusiya tərəfinə satılmasından getdiyini iddia edir və vətəndaşları küçələrə çıxmağa çağıraraq sənədin ratifikasiyasına qarşı çıxır.
Tural
-
Sosial19:30Pensiya artımları kimlərə şamil olunacaq?
-
Kriminal19:00Zaur Axundova cinayət işi açıldı - Böyük yeyinti
-
Dünya17:30Əsəd rejiminin son günlərinə dair şok faktlar - Sevgilisinin ölüm əmrini kim verib?
-
Rəsmi xronika16:55Prezident Tahir Budaqovu icra başçısı təyin etdi
-
Magazin115:59Aybəniz Haşımovaya yeni vəzifə verildi
-
Nida Xəbər 15:38Azərbaycan İranla sərhədi açır?
-
MDB15:01Putini əvəz edəcək adam axtarılır: Rusiya elitası qorxu içində
-
Nida Xəbər 14:49Əliyevlə Paşinyan bu tarixdə Vaşinqtona gedəcək - İDDİA






































