MDB
Putin daha bir qalmaqallı səfərə hazırlaşır? - Peskov eyham vurdu
Rusiya prezidenti Vladimir Putin işğal altında olan Ukrayna torpaqlarına səfər edə bilər.
Publika.az xəbər verir ki, bunu onun mətbuat katibi Dmitri Peskov bildirib.
“Əlbəttə, mən belə səfərlərin daha çox olacağını istisna etmirəm. Prezidentimiz həmişə insanların yanındadır, onun qayğısına və köməyinə ehtiyacı olanların yanındadır”, - o, Putinin Donbasa səfəri ehtimalını şərh edib.
Ötən ilin martında Rusiya prezidenti Rusiya ordusunun işğal etdiyi Mariupola genişmiqyaslı səfər edib. Belə ki, o, avtomobili ilə şəhərin bir neçə rayonuna, eləcə də ilkin olaraq səfər proqramına daxil edilməyən bir sıra yerlərdə, o cümlədən filarmoniyada olub, vətəndaşlarla ünsiyyət üçün görüş keçirib.
Həmin ilin aprelində Putin Xerson istiqamətində Dnepr qoşun qrupunun qərargahına gedib, həmçinin "Vostok" Milli Qvardiyasının qərargahına baş çəkib.
Qeyd edək ki, Putin qalmaqallı əfəri Qərbdə qınanmışdı.
Adəm Abbaslı
-
Rəsmi xronika16:06Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO / YENİLƏNDİ
-
Region11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları
-
MDB10:06Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq
-
İdman09:40Ronaldonun bacısından təsirli paylaşım: Taleyini dəyişdin, Portuqaliyanı da...
-
Ekologiya07:30Leysan, dolu, qar - Bu günün havası
-
Magazin107:17İradə İbrahimova: “Qadın evlidir, amma başqasını sevir”
-
Avropa05:15Ukrayna ilə bağlı qorxulu proqnoz




























.jpg)







.jpg)
