MDB
Lavrovdan KTMT AÇIQLAMASI: "Ermənistan rəhbərliyinin..."
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq üçün sənədlər təqdim etməyib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında Nikol Paşinyanın Ermənistanla KTMT arasında münasibətlərin geridönülməz nöqtəni keçdiyi barədə bəyanatını şərh edərkən bildirib.
“Xeyr, belə bir sənəd daxil olmayıb. Biz bu söhbətləri eşidirik, Ermənistanın baş naziri parlamentdə bu mövzuda çox danışıb, müzakirə edib. Biz heç kimə heç nəyi məcbur etmirik. Biz əminik ki, KTMT-yə üzvlükdən maksimum istifadə etmək Ermənistanın təhlükəsizliyinin maraqlarına uyğundur”, - deyə Lavrov bildirib.
Rusiyalı nazir qeyd edib ki, təşkilatdan çıxmaq “indiki Ermənistan rəhbərliyinin suveren hüququdur”.
“Rusiya və KTMT-nin digər üzvləri İrəvana qapıları bağlamaq kimi qəbul ediləcək heç bir addım atmayıb və atmaq niyyətində deyilik”, - deyə Lavrov əlavə edib.
-
Rəsmi xronika14:52İlham Əliyev Davosda mərasimdə iştirak edir - CANLI
-
İdman13:53Elvin Cəfərquliyev yenə gündəmdə: Diktordan mikrafonu aldı və bu sözü qışqırdı - VİDEO
-
Dünya12:48Ərdoğanın bu sözləri Davosda gündəm oldu: Masada olmayanlar...
-
Sosial12:39Pensiya alanlara şad xəbər - Nazirlik məlumat yaydı
-
Dünya11:18ABŞ hücum edərsə, İranın ilk hədəfi bu ölkə olacaq - Şok ssenari
-
Dünya10:47Bu iki ölkə Türkiyə ilə müharibəyə hazırlaşır: 3,5 milyardlıq sistem yerləşdirirlər
-
İdman10:18"Qarabağ" hansı halda pley-offa yüksələcək? - Bu komandalardan ikisi xal itirsə...
-
Nida Xəbər 09:54Prezidentin gəlini də Davosdadır - FOTO















.jpg)









.jpg)











