MDB
Qarşıdurma böyüyür: Bastrıkindən Kadırova cavab gəldi - VİDEO

Rusiya İstintaq Komitəsi Çeçenistan rəhbəri Ramzan Kadırovun əvvəllər müdafiəsinə qalxdığı yeniyetmənin iştirakı ilə davanın videosunu yayımlayıb.
Publika.az xəbər verir ki, görüntülərdə döyüşən məktəblilərdən birinə rəqibini ən yaxşı şəkildə necə yaralamaq məsləhət görülüb.
İstintaq Komitəsinin yaydığı video bir dəqiqədən bir qədər çox çəkir. Videoda insanların döyülməsi ilə bağlı bir neçə epizod yer alıb. Birincidə bir-biri ilə dalaşan iki yeniyetməni görmək olar. Orada olanlardan biri oğlanları “sakit olmağa” çağırır, operator isə bu vaxt Müslüm adlı dava iştirakçısına müraciət edərək onu ikinci şəxsin ayağını və ya barmağını sındıraraq “atmağa” çağırır.
İstintaq Komitəsinin məlumatına görə, beş nəfərdən ibarət yeniyetmə qrup yoldan keçənləri döyüb. Gənclərdən biri münaqişəyə səbəb olub, daha sonra dava salıb. Qalan yeniyetmələr həmin an yaxınlıqda olublar və ən yaxşı şəkildə necə zərbə endirmək barədə məsləhətlər veriblər.
Müstəntiqlərin müəyyən etdiyi kimi, ümumilikdə, 2023-cü ilin sentyabrında yeniyetmələr bir yetkin və yeddi azyaşlıya hücum ediblər. Hadisələr paytaxtın “Discovery” və “Aviapark” ticarət mərkəzlərində, həmçinin “Xodınskoye Pole” parkında baş verib. Gənclərin hərəkətləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi (“Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq xuliqanlıq”) ilə qiymətləndirilib.
Kadırov Murdiyevin müdafiəsinə qalxaraq, Bastrıkin və Kolokoltsevin "yerlərində oturmadıqlarını" söyləyib.
İş üzrə təqsirləndirilən şəxslərdən biri hazırda ev dustaqlığında olan 14 yaşlı Müslüm (Roma) Murdiyevdir. Ona qarşı “Xodınskoye Pole” parkında baş verən dava ilə bağlı dörd maddə üzrə cinayət işi açılıb.
Çeçenistan rəhbəri Ramzan Kadırov gənci müdafiə çıxışı edib. O, yeniyetmənin günahsız olduğuna və tezliklə azadlığa çıxacağına əmin olduğunu bildirib. Siyasətçi yeniyetmənin işi üzrə məhkəmənin dekabrın 18-də keçiriləcəyini deyib və əlavə edib ki, Çeçenistan hakimiyyəti və hüquq müdafiəçiləri vəziyyəti araşdırır.
Bundan əlavə, Kadırov Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Rusiya Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsevi tənqid edib.
İstintaq Komitəsi Çeçenistan rəhbərinin tənqidinə cavab verib və qeyd edib ki, hüquq-mühafizə orqanları xuliqanlıq işində halların və şəxslərin müəyyən edilməsi üçün hərtərəfli tədbirlər görüb. Onlar həmçinin sübutların olduğunu bildiriblər və istintaqın təfərrüatlarını açıqlayıblar.
Adəm
-
Nida Xəbər 01:41
Mehdiyev işdən çıxandan sonra “prezident otağına” niyə qayıdıb?
-
İdman00:45
"Neftçi"nin yeni ulduzu Bakıda belə qarşılandı - VİDEO
-
Magazin100:30
Bu da Aytən Səfərovanın oğlu - FOTO
-
Səhiyyə00:15
Ürəyin yükünü azaldan YUXU MÖVQEYİ - Gecələr daxilimizdə görün nələr baş verir
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Əvvəl hisslərinizi analiz edin, sonra...
-
İdman18 Oktyabr 23:00
Neymarın qızına əvvəlcə göz dəydi, sonra top - VİDEO
-
Magazin218 Oktyabr 22:36
"Yeşilçam"ın sultanını bir də belə görün - Zərafət GÖZ QAMAŞDIRIR / FOTO
-
Yaxın Şərq18 Oktyabr 21:36
Atəşkəsdən sonra dağıntılar altından 280 cəsəd çıxarıldı