MDB
AİLƏ FACİƏSİ - Nənə və nəvəsi yanaraq öldü, mənzil isə külə döndü
Moskva vilayətinin Mıtiçi şəhər rayonunda Daxili İşlər Nazirliyinin “Berezovaya Roşça” pansionatının ərazisində nənə və nəvə yanğının qurbanı olub.
Publika.az xəbər verir ki, Versiyalardan birinə görə, faciəyə səbəb qızdırıcının nasazlığı olub.
Yanğın bazar günü günortadan sonra bir sıra otaqların işçilərə yataqxana kimi verildiyi binada baş verib - burada, xüsusən də pansionatın işçiləri yaşayır.
Qeyd edilib ki, bir ailənin beş üzvü - qadın, əri, iki qızı və qayınanasının yaşadığı 5-ci mərtəbədəki mənzil yanıb.
Yanğın gözlənilmədən baş verib. Ailə başçısı daha sonra izah edib ki, qızdırıcının yanında qalan yastıq yanıb. İstilik qurğusundan çıxan qığılcım ona keçib. Tezliklə alov bütün mənzili bürüyüb.
Kişi ailəsini xilas etmə tələssə də, yalnız həyat yoldaşı və qızlarından birini çıxara bilib. Üç yaşlı qız və onun 62 yaşlı nənəsi dünyasını dəyişib.
Körpələrin atası ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.
Hüseyn İbadlı
-
Nəqliyyat06:46Bakının parkinq böhranı necə həll oluna bilər? - Video
-
ABŞ04:30ABŞ İranda quru əməliyyatını müzakirə edib - Son qərar nə oldu?
-
Qoroskop02:19Günün ulduz falı: daxili səsinizin sizə yol göstərməsinə icazə verin!
-
Hadisə01:40Qəbələdəki güclü zəlzələ kameralara bu cür düşdü - Anbaan video
-
Magazin112 İyun 23:35Zeynəb Xanlarova: Şəklə ərə getdim, görüşmədim - Video
-
Hadisə12 İyun 21:51Naxçıvana uçan təyyarələr Bakıya qayıtdı
-
İdman12 İyun 21:3911 klub “Turan Tovuz”la bağlı CAS-a müraciət etdi
-
İKT12 İyun 18:40Feysbuk və İnstaqram çökdü - Yeniləndi

























.jpg)










