MDB
Şoyqu Ermənistana ciddi xəbərdarlıq etdi - Bu o deməkdir ki...
Ermənistanın Avropa İttifaqına daxil olması onun anti-Rusiya sanksiyalarına qoşulmalı olacağı anlamına gələcək.
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
“Ermənistan Avropa Birliyinin sanksiyalarına və hərbi-siyasi qərarlarına, o cümlədən Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti kimi vasitələr çərçivəsində qoşulmalıdır”, – deyə o bildirib.
Şoyqu əlavə edib ki, Aİ-yə mümkün üzvlük Ermənistanın iqtisadiyyatına zərbə vuracaq və həm də ölkədə həyat səviyyəsinin aşağı düşməsinə gətirib çıxaracaq.
Xatırladaq ki, yanvarın sonunda Ermənistan Baş naziri Nikol Paşinyan, ölkəsinin Avropa Birliyinə yaxınlaşması məsələsində Rusiya ilə aralarındakı uyğunsuzluqları etiraf edib.
Həmin ayda Ermənistan hökuməti, ölkənin Avropa Birliyinə üzvlük prosesinin başlaması haqqında qanun layihəsini təsdiq edib.
Daha sonra, Ermənistan parlamentinin müvafiq komissiyası, ölkənin Avropa Birliyinə üzvlük niyyətini bildirən qanun layihəsinin ikinci oxunmadan əvvəl müzakirəsini təxirə salıb.
Hüseyn İbadlı
-
Maraq dünyası17:00Sürücü polisin yazdığı cərimə protokolunu yedi
-
Hadisə16:32Bakının Xətai rayonunda güclü yanğın başlayıb - VİDEO
-
Yaxın Şərq16:21Xamenei müəmması böyüyür - "Köhnə videodur, amma sağdır" deyirlər
-
Nəqliyyat15:54Bakıda sürücü avtomobili yolun ortasında qoyub getdi - VİDEO
-
Avropa15:09Almaniya XİN-dən Sülh Sammitinin ildönümü ilə bağlı paylaşım
-
Hadisə14:50Çingiz Əlioğlu vəfat etdi
-
Ekologiya12:36Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - HAVA PROQNOZU
-
MDB12:19Dəhşətli qəza - 4 nəfər yanaraq öldü (VİDEO)






























.jpg)








