MDB
Putindən ATƏŞKƏS QƏRARI: "Bu gün saat 18:00-dan..." - VİDEO
Rusiya Prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə Pasxa atəşkəsi elan edib.
Publika.az xəbər verir ki, görüş zamanı lentə alına videogörüntüləri Kreml yayıb.
“Humanitar mülahizələri rəhbər tutaraq, bu gün saat 18:00-dan bazar günündən bazar ertəsinə keçən gecə saat 00:00-a qədər Rusiya tərəfi Pasxa atəşkəsi elan edir”, - dövlət başçısı bildirib.
O, bu müddət ərzində bütün hərbi əməliyyatların dayandırılması barədə göstəriş verib və qeyd edib ki, Rusiya Federasiyası Ukraynanın da eyni addımı atacağını güman edir. Rusiya lideri əlavə edib ki, Rusiya Silahlı Qüvvələri atəşkəsi pozmağa, düşmənin mümkün hücumlarını və təxribatlarını dəf etməyə hazır olmalıdır.
Putinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın enerji obyektlərinə 100 dəfədən artıq zərbə endirməmək barədə razılaşmaya əməl etməyib.
“Pasxa atəşkəsi ilə bağlı qərarımız Kiyev rejiminin nə qədər səmimi hazır olduğunu, onun razılaşmalara əməl etmək və sülh danışıqları prosesində iştirak etmək istəyini və bacarığını göstərəcək”, - deyə dövlət başçısı yekunlaşdırıb.
Hüseyn İbadlı
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO












.jpg)

.jpg)




















