Çin lideri Qazaxıstana gedir
Bizi izləyin

MDB

Çin lideri Qazaxıstana gedir

Çin Prezidenti Si Cinpin gələn həftə Qazaxıstana işgüzar səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan PA məlumat yayıb.

Bildirilib ki, Çin lideri iyunun 16-dan 17-dək Astanada olacaq. O, Qazaxıstana Tokayevin dəvəti ilə gələcək.

“Səfər zamanı Qazaxıstan-Çin hərtərəfli strateji tərəfdaşlığının daha da dərinləşdirilməsi məsələlərinin müzakirə ediləcəyi ən yüksək səviyyədə ikitərəfli görüşün keçirilməsi planlaşdırılır”, - məlumatda deyilir..

Bundan başqa, iyunun 17-də Astanada Mərkəzi Asiya- Çin sammiti keçiriləcək. Tədbirdə region ölkələrinin liderləri də iştirak edəcək.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm