Sergey Markov Rusiyada xarici agent elan edildi
Bizi izləyin

MDB

Sergey Markov Rusiyada xarici agent elan edildi

Sergey Markov Rusiyada xarici agent elan edildi

Rusiya Ədliyyə Nazirliyi politoloq Sergey Markovu xarici agentlər siyahısına daxil edib.

Publika.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Markov “Rusiya hakimiyyəti haqqında yalan məlumatların yayılmasında, arzuolunmaz təşkilatların kontentinin tirajlanmasında, həmçinin xarici KİV-lərin və xarici agentlərin platformalarında respondent qismində iştirak etməkdə” ittiham olunub.

Bundan əlavə, nazirlik daha üç nəfəri və iki təşkilatı xarici agentlər siyahısına əlavə edib.

Belə ki, Dmitri Nyuberq, Andrey Kordoçkin və Radjana Duqarova, həmçinin “Tamizdatproject.org” və “Alif TV” layihələri də "qara siyahı"ya salınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm