Putin nüvə alimləri ilə görüşdü - Bunu elan etdi
Bizi izləyin

MDB

Putin nüvə alimləri ilə görüşdü - Bunu elan etdi

Putin nüvə alimləri ilə görüşdü - Bunu elan etdi

Rusiya prezidenti Vladimir Putin nüvə sənayesi müəssisələrinin işçiləri və alimləri ilə görüşüb.

Publika.az xəbər verir ki, o, Rusiyanın nüvə alimlərinin ölkə üçün etibarlı qalxan yaratdıqlarını bildiriub.

“Təhlükəsizliyimizi, güclü texnoloji zəminimizi və əslində müstəqil, suveren inkişafımızı borclu olduğumuz nüvə sənayesinin veteranları qarşısında baş əyirəm”, - dövlət başçısı bildirib.

Putin əlavə edib ki, rusiyalı nüvə alimləri atomların ölkənin və bəşəriyyətin rifahı naminə dinc məqsədlərlə istifadəsini dünyada ilk dəfə həyata keçiriblər.

Rusiya lideri görüşdə Rusiyada kvant kompüterlərinin yaradıldığını da elan edib.

"Bu qurğular bizə yeni dərmanlar, peyvəndlər, materiallar hazırlamağa və böyük həcmdə məlumatı sürətlə emal etməyə imkan verir. “Rosatom”un səyləri sayəsində nəhəng hesablama imkanlarına malik belə sistemlərin prototipləri artıq Rusiyada yığılıb”, - Putin vurğulayıb.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm