MDB
Erməni bloger Rusiyada saxlanıldı - Qadın düşmənçiliyi...
Moskva vilayətində erməni bloger Arsen Markaryan Vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə şübhəli bilinərək saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə paytaxtın İstintaq Komitəsi məlumat yayı .
Qurumun açıqlamasına görə, o, Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü bəndi üzrə cinayətdə şübhəli bilinir. İstintaqın versiyasına əsasən, Markaryan 25 fevralda məhdudiyyətsiz auditoriya üçün təhqiramiz məzmunlu video yayıb.
Yanvarın sonunda Moskva prokurorluğu bildirib ki, Markaryanın sözlərində terrorizmə çağırışlar aşkarlanıb. Nəzarət orqanı yoxlama apararaq materialları istintaq orqanlarına göndərib və onlar bloqer barəsində cinayət təqibi məsələsini həll etməli olublar. Qeyd olunub ki, Markaryan "terrorizm ideologiyası və praktikasının düzgünlüyü barədə möhkəm mövqe formalaşdırıb".
Markaryan qalmaqallı müsahibələri ilə tanınıb. O, çıxışlarında dəfələrlə qadınlara qarşı nifrətamiz fikirlər səsləndirib, qadınların kişi ilə müqayisədə fiziki və intellektual baxımdan zəif olduğunu iddia edib. Bunun fonunda sosial şəbəkə istifadəçiləri ona “Mizogimli” ləqəbini veriblər – bu, “mizoginiya” (qadın düşmənçiliyi) sözünə və “Üzüklərin hökmdarı” romanındakı cırtdan qəhrəman "Gimliyə" işarə edir.
-
Magazin120:36"Yaxşı ki, övladım 2-ci evliliyimdən oldu"
-
İKT19:12İTV-yə yeni baş direktor axtarılır
-
Hadisə18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
-
Rəsmi xronika17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal













.jpg)











.jpg)













