Polisdən qaçan təhlükəli pedofillə bağlı əhaliyə müraciət olundu
Bizi izləyin

MDB

Polisdən qaçan təhlükəli pedofillə bağlı əhaliyə müraciət olundu

Polisdən qaçan təhlükəli pedofillə bağlı əhaliyə müraciət olundu

Rusiyada təhlükəli cinayətkar polis nəzarətindən yayına bilib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Qeyd edilib ki, hadisə Ulyanovsk vilayətinin İnza şəhərində baş verib: "Pedofil-residivist polis nəzarətindən qaçıb. Polis cinayətkarın qaçması ilə bağlı məlumatı təsdiqləyib",- yerli saytlar yazıb.

REN TV-nin məlumatına görə, həmin şəxs 2000-ci illərdə iki yeniyetməni zorlayıb. 2025-ci ilin iyununda isə həbsdən çıxandan sonra elektron qolbaqını qopararaq polis nəzarətindən yayınıb.

Hazırda polis cinayətkarı axtarır. Vətəndaşlardan təhlükəli cinayətkara qarşı müstəqil tədbir görməmələri və pedofil aşkar edildikdə dərhal polisə məlumat vermələri xahiş olunub.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm