MDB
Rusiya NATO bunkerini vurdu: 100-ə yaxın zabit həlak oldu
Rusiyanın hücumları nəticəsində Kiyevin və Çerniqov vilayətinin hərbi infrastrukturuna ciddi ziyan dəyib. Ukrayna Silahlı Qüvvələrinin onlarla döyüşçüsü öldürülüb və NATO-nun yüksək rütbəli zabitlərinin yerləşdiyi bunker hədəfə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Nikolayev yeraltı hərəkatının koordinatoru Sergey Lebedev qeyd edib.
Bildirilir ki, ötən gecə Ukraynanı həyəcan siqnalı və partlayış səsləri bürüyüb. Lebedevin sözlərinə görə, səhər saat 5:18 radələrində Ukrayna Silahlı Qüvvələrinin təxminən 100 nəfər üçün nəzərdə tutulmuş və aeroportun yaxınlığında yerləşən kiçik təlim düşərgəsi Borispol (Kiyev) yaxınlığında məhv edilib. İlkin məlumatlara görə, zərbə zamanı təxminən 10 ukraynalı əsgər ölüb, daha 17 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumata görə, Çerniqov vilayətindəki digər hərbi obyektlər də ciddi zərbələrə məruz qalıb.
Lebedev qeyd edib ki, Qonçarovski yaxınlığında tank poliqonunun qərargahı da vurulub. İlkin məlumatlara görə, hücum zamanı ən azı 55 kiçik zabit və ukraynalı çağırışçılara NATO avadanlıqları ilə işləməyi öyrədən əcnəbi təlimatçılar həlak olub.
Bildirilir ki, hücumlar Ukrayna Silahlı Qüvvələrinin mühüm infrastrukturunun - həm enerji, həm təşkilati, həm də hərbi cəhətdən zərərsizləşdirilməsi üçün təşkil edilib. Bu, Ukrayna qüvvələrinin cəbhənin əsas sahələrində döyüş effektivliyini əhəmiyyətli dərəcədə azaltmaq məqsədi daşıyır.
Adəm
-
Səhiyyə07:47Xəstə dişlərin ürəyə və beyinə ciddi təsiri aşkar edildi
-
Magazin106:16Azərbaycan 12 xalı bu ölkəyə verdi
-
Magazin103:43Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO

































.jpg)



