MDB
Trampın kürəkəni bu sovet ölkəsindən olan partizanın nəvəsi imiş... - DETALLAR
ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner Belarus partizanlarının nəslindəndir.
Publika.az xəbər verir ki, bu barədə “Sputnik Belarus” məlumat yayıb.
İddia edilir ki, onun ailəsi 1941-ci ildə yerləşdikləri Novoqrudok gettosundandır. Biznesmenin qohumu Zeidel Kuşner və qızları qaçaraq meşəyə sığınıblar. Orada insanları xilas edən və işğalçılara qarşı döyüş əməliyyatlarında iştirak edən Bielski partizan dəstəsinə qoşulublar.
Zeydel Kuşnerin qızı Raya partizanlardan biri, gələcək həyat yoldaşı Yozeff Berkoviçlə tanış olub. ABŞ-a miqrasiya etməzdən əvvəl kişi onun soyadını götürüb. Daha sonra onların oğlu Çarlz milyonçu olub, onun oğlu Cared isə İvanka Trampla evlənərək hazırkı ABŞ prezidentinin kürəkəni olub.
Cared Kuşner 2 dekabrda ABŞ liderinin xüsusi elçisi Stiv Uitkoffla birlikdə Rusiya Prezidenti Vladimir Putinlə görüç. Görüşün yekununda tərəflər ABŞ-ın sülh planı üzrə kompromis tapa bilməyiblər. Prezidentin köməkçisi Yuri Uşakov bildirib ki, əsas problem hələ də ərazi məsələsidir, baxmayaraq ki, ABŞ-ın bəzi təklifləri “az-çox məqbul” görünür.
Hüseyn İbadlı
-
İdman10:36FİFA-nın şam yeməyi ilə bağlı araşdırma başladı - Tarixi qəsri 1,3 milyona arendaya götürüblərmiş
-
Sağlamlıq09:38Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq
-
Hadisə08:59Xəzər dənizində zəlzələ oldu
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü




































