MDB
Beş saat davam edən gizli danışıqlar: Putin bu məsələdə razılığa gəlib
Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner arasında görüş demək olar ki, beş saat davam edib.
Publika.az xəbər verir ki, Kremlin məlumatına görə, tərəflər danışıqların məzmununu açıqlamamaq barədə razılığa gəliblər.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, görüş zamanı Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün bir sıra variantlar, o cümlədən ərazi məsələsi müzakirə olunub. ABŞ-ın ilkin 28 bəndlik planına əlavə olaraq Rusiyaya daha dörd sənəd təqdim edilib. Onlardan biri 27 bənddən ibarət olub və Moskva ilə tanışlıq təmin edilib, lakin ifadələr üzərində müzakirələr aparılmayıb.
Uşakov görüşü “konstruktiv və məzmunlu” adlandırıb, lakin qeyd edib ki, Ukrayna üzrə kompromis plan hələ formalaşmayıb. ABŞ təkliflərinin bir qismi Rusiya üçün məqbul sayılsa da, bəzi məqamlar Moskvanı qane etmir. Buna görə də yaxın vaxtlarda Putin-Tramp görüşü planlaşdırılmır.
Görüşdə həmçinin Avropanın Ukrayna məsələsindəki mövqeyi, Rusiya-ABŞ iqtisadi əməkdaşlığı və Cared Kuşnerin roluna da toxunulub. Kuşner Yaxın Şərqdəki təcrübəsinə əsaslanaraq təqdim olunan sənədlərin hazırlanmasında iştirak edib. Danışıqlardan sonra Uitkoff və Kuşner Ukraynaya getməyəcək, birbaşa Vaşinqtona qayıdırlar.
Putin amerikalı nümayəndələr vasitəsilə Trampa salamlarını və bir sıra siyasi mesajlarını çatdırıb.
“Danışıqlar Trampın nümayəndələrinin Vladimir Vladimiroviçə öz prezidentlərindən salamlar və ən xoş arzular çatdırması ilə başladı. Öz növbəsində prezidentimiz də Trampa dostcasına salamlar göndərməyi xahiş etdi və əlavə olaraq bir sıra mühüm siyasi siqnallar ötürdü. Onun həmsöhbətləri bu mesajları qeydə aldılar və Vaşinqtonda məruzə edəcəklər”, - Uşakov bildirib.
Uşakov qeyd edib ki, görüş sülh prosesini dayandırmayıb, əlaqələr davam etdiriləcək, amma prezident səviyyəsində görüş yalnız irəliləyiş əldə edildikdən sonra baş tuta bilər.
“The Times” qəzeti yazır ki, Uitkoff və Kuşnerin səfəri ABŞ dövlət katibi Marko Rubionu Ukrayna danışıqlarından kənarlaşdırıb.
Qəzet qeyd edib ki, Rubionun Kiyevə daha loyal olduğu bildirilirdi və Trampın ilkin sülh planının yenilənməsi də məhz onun məsuliyyətində idi.
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi




































