MDB
Zelenski ilə Uitkoffun Brüssel görüşü ləğv edilib
Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və sahibkar Cared Kuşner ilə Brüsseldə planlaşdırılan görüşü baş tutmayıb.
Publika.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist Aleks Raufoğlu bildirib.
Qeyd edək ki, ötən axşam Vladimir Putin Kremldə Uitkoff və Kuşnerlə danışıqlar aparıb. Müzakirə təxminən beş saat davam edib. Putinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, tərəflər Ukraynadakı vəziyyətin, xüsusən də ərazi məsələlərinin həllini müzakirə ediblər. Amerikanın sülh planının konkret mətni müzakirə olunmayıb. Sənədlərin yalnız əsas hissəsi müzakirə olunub.
Uşakovun sözlərinə görə, Amerika nümayəndə heyəti görüşdən dərhal sonra Kiyevə deyil, ABŞ-a qayıtmağı planlaşdırırdı. Avropanın hava nəqliyyatı idarəsindəki mənbələr Uittkoffun təyyarəsinin Avropada heç bir yerdə dayanmadığını və artıq Atlantik okeanı keçdiyini təsdiqləyib.
Adəm
-
İdman10:36FİFA-nın şam yeməyi ilə bağlı araşdırma başladı - Tarixi qəsri 1,3 milyona arendaya götürüblərmiş
-
Sağlamlıq09:38Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq
-
Hadisə08:59Xəzər dənizində zəlzələ oldu
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü




































