MDB
Arvadının keçmiş ərini beysbol dəyənəyi ilə vəhşicəsinə döydü
Voronejdə 26 yaşlı gənc, həyat yoldaşının 37 yaşlı keçmiş ərini beysbol dəyənəyi ilə amansızcasına döydüyü üçün saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.
Hadisə martın 7-də, Voronej sakininin bir tanışı ilə mübahisə edərək onun üzünə zərbə endirməsi ilə başlayıb. Bundan xəbər tutan hücum edənin hazırkı arvadının keçmiş əri dostunu müdafiə etmək qərarına gəlib və Yeremeyev küçəsi, 18 ünvanında görüş təyin edib.
Təqsirləndirilən şəxs görüşə həyat yoldaşı ilə birlikdə gəlib. Şifahi mübahisə kəskinləşdikdə, o, maşından beysbol dəyənəyini çıxararaq xanımının keçmiş ərini vəhşicəsinə döyüb. Zərərçəkmiş təcili xəstəxanaya yerləşdirilib və aldığı xəsarətlər ağır hesab edilib.
Hücum edən şəxs saxlanılıb və törətdiyi əməli etiraf edib. O, təcavüzkar davranışını ünvanına deyilən təhqirlərlə izah edib. Faktla bağlı sağlamlığa qəsdən ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb; Voronej sakini on ilə qədər həbs cəzası ala bilər.
Hüseyn İbadlı
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi



































.jpg)
