MDB
Moldova son addımı atdı: MDB-dən çıxır
Moldova hökuməti Müstəqil Dövlətlər Birliyinin (MDB) əsas sənədlərinin denonsasiyasını təsdiqləyib. Bu addım ölkənin təşkilatdan çıxışı istiqamətində son mərhələ hesab olunur.
Publika.az xəbər verir ki, bu barədə "Newsmaker" məlumat yayıb.
Moldova hökuməti 11 martda keçirilən iclasda MDB müqaviləsini, onun protokolunu və nizamnaməsini ləğv etmək qərarına gəlib. Qərar təsdiqlənməsi üçün parlamentin müzakirəsinə təqdim ediləcək.
Prosedur Moldova Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə başladılıb. Nazirlik bildirib ki, Rusiya bu birlik çərçivəsində əsas prinsipləri pozub və bu addım Moldovanın Avropa İttifaqına inteqrasiya kursunun tərkib hissəsidir.
Eyni zamanda qeyd olunub ki, MDB-nin əsas sazişlərinin denonsasiyası Moldovanın təşkilat çərçivəsində imzaladığı digər faydalı razılaşmalardan avtomatik imtina etməsi demək deyil. Xüsusilə ticarət-iqtisadi sahədə, o cümlədən azad ticarət zonası ilə bağlı müqavilələr ölkənin iqtisadi maraqlarına uyğun olduğu müddətdə qüvvədə qalacaq.
XİN əlavə edib ki, qərar moldovalı vətəndaşların MDB ölkələrinə sərbəst gediş-gəlişinə də təsir etməyəcək. Çünki bu məsələlər əsasən qüvvədə olan ikitərəfli razılaşmalarla tənzimlənir.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi fonunda Moldova son illərdə MDB-dən mərhələli şəkildə uzaqlaşmağa başlayıb və təşkilat çərçivəsində imzalanmış onlarla sazişi artıq denonsasiya edib.
Xatırladaq ki, Moldova təşkilatdan tam çıxmazdan əvvəl MDB qarşısında yığılmış təxminən 100 min avro həcmində borcu da ödəməlidir.
Adəm
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi



































.jpg)
