MDB
Ukrayna MDB ilə ipləri tam qopardı: 116 müqavilə ləğv edildi
Ukrayna Müstəqil Dövlətlər Birliyi (MDB) ilə son hüquqi bağlarını da kəsir. Ölkənin xarici işlər naziri Andrey Sibiqa rəsmi Kiyevin Rusiya, Belarus və MDB çərçivəsində imzalanmış onlarla beynəlxalq müqavilədən imtina etdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə məlumat Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi teleqram kanalında paylaşılıb.
Nazirin sözlərinə görə, martın 25-də Ukrayna Nazirlər Kabineti XİN-in təşəbbüsü ilə 116 beynəlxalq müqavilənin fəaliyyətinə xitam verib. Bu sənədlər vaxtilə Ukrayna hökuməti ilə Rusiya və Belarus hökumətləri arasında, həmçinin MDB platformasında bağlanmış razılaşmaları əhatə edir.
Andrey Sibiqa qeyd edib ki, Ukrayna Avropa qitəsinin "yeni təhlükəsizlik arxitekturasının" reallıqlarına uyğunlaşmalıdır. Bu səbəbdən Kiyev Moskva, Minsk və MDB ilə olan son hüquqi əlaqələri tamamilə qırmaq niyyətindədir.
Xatırladaq ki, Ukrayna Rusiya ilə genişmiqyaslı müharibə başladıqdan sonra postsovet məkanındakı qurumlarla əməkdaşlığı minimuma endirərək Avropaya inteqrasiya xəttini daha da sürətləndirib.
Adəm
-
Rəsmi xronika16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı




















.jpg)



















