MDB
Saysız-hesabsız şirkətlərin axını: İran Rusiya bazarını "partlatdı"
2022-ci ildən bəri Rusiyada İran kapitallı və ya bu ölkədə qeydiyyatdan keçmiş şirkətlərin sayı fantastik sürətlə - tam 4,5 dəfə artıb.
Publika.az xəbər verir ki, "Vedomosti" qəzetinin Rusiyanın rəsmi Federal Vergi Xidməti və "Rusprofile" məlumatlarına istinadən yaydığı statistikaya görə, 2021-ci ildə cəmi 99 olan belə şirkətlərin sayı 2026-cı ilin mart ayına olan göstəricilərə əsasən 449-a çatıb. Üstəlik, son illər ərzində İran vətəndaşları və şirkətləri 100-dən çox mövcud Rusiya biznesinə şərik kimi daxil olublar.
İranlı iş adamları əsasən meşə materialları, taxıl ticarəti, meyvə-tərəvəz, eləcə də qəhvə, kakao və ədviyyat bazarına maraq göstərirlər. Beşinci yerdə isə əmlakın icarəsi və idarə edilməsi sahəsində fəaliyyət göstərən şirkətlər qərarlaşıb.
Ekspert Stanislav Lazovskinin fikrincə, bu ixtisaslaşma iki ölkə arasındakı qarşılıqlı ticarət dövriyyəsinin əsas maddələrinə tam uyğundur.
Lakin bu yaxınlaşma fonunda istehlak bazarında ciddi bahalaşma dalğası da başlayıb. Artıq martın əvvəlindən İrandan gətirilən bibər və kabaçkinin qiyməti kəskin artıb.
Proqnozlara görə, yay aylarına qədər İrandan idxal olunan bütün tez xarab olan məhsulların qiyməti daha 10-15 faiz bahalaşacaq.
Adəm
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər






































.jpg)
