MDB
Rusiyada deputatların pensiyası qəpik-quruş imiş - Məbləğ açıqlandı
Rusiyada Dövlət Duması deputatlarının alacağı pensiyanın məbləği açıqlanıb. Hesablamalara görə, parlamentdə 5 ildən 10 ilədək çalışan deputatın pensiyası 50 min rubldan (təxminən min manat), 10 ildən çox stajı olanların pensiyası isə 70 min rubldan (1400 manat) yüksək ola bilər.
Publika.az xəbər verir ki, bu barədə Rusiya hökuməti yanında Maliyyə Universitetinin professoru Aleksandr Safonov məlumat verib.
Onun sözlərinə görə, deputatların pensiyası sığorta pensiyası və staja görə xüsusi əlavədən formalaşır. 2026-cı ildə sığorta pensiyasının məbləği 27 224 rubl (549 manat) təşkil edir.
Dövlət Dumasında 5 ildən az çalışan deputatlara əlavə ödəniş verilmir. 5 ildən 10 ilədək stajı olanlara isə pul təminatının 55 faizi həcmində əlavə ödənilir. Bu əlavənin təxminən 24-27 min rubl olduğu bildirilir.
Beləliklə, 5-10 il deputatlıq etmiş şəxsin pensiyası təxminən 52 min rubl təşkil edə bilər.
Dövlət Dumasında 10 ildən artıq çalışan deputatlara isə 75 faiz həcmində əlavə ödəniş nəzərdə tutulur. Bu məbləğ təxminən 44-47 min rubl təşkil edir.
Bu halda 10 ildən çox deputatlıq stajı olan şəxsin pensiyası təxminən 72 min rubla (1 min 452 manat) çata bilər.
Rusiya İctimai Palatasının üzvü Yevgeni Maşarov isə 2027-ci ildə ölkədə bir sıra pensiyaların artırılacağını bildirib.
Onun sözlərinə görə, sığorta, sosial və hərbi pensiyalar indeksasiya ediləcək. Sığorta pensiyalarının fevralın 1-dən istehlak qiymətlərinin artımına, aprelin 1-dən isə Pensiya və Sosial Sığorta Fondunun büdcə gəlirlərinin artımına uyğun artırılması planlaşdırılır.
Müəllif: Adəm
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama












.jpg)























