Ramzan Kadırovun “K-13 Komandası” - Görün tərkibində kimlərin övladları var
Bizi izləyin

MDB

Ramzan Kadırovun “K-13 Komandası” - Görün tərkibində kimlərin övladları var

Ramzan Kadırovun “K-13 Komandası” - Görün tərkibində kimlərin övladları var

Çeçenistan Təhlükəsizlik Şurasının katibi və respublika lideri Ramzan Kadırovun oğlu Adam döyüş bölməsi yaradıb.

Publika.az xəbər verir ki, bu barədə “komanda_k13” hesabının “İnstaqram”da paylaşımında məlumat verilib.

Dərc olunmuş şəkildə Kadırov müxtəlif yaşlarda olan 18 kişinin əhatəsində avtomobilin kapotunun üstündə dayanıb. Döyüş geyimində olan onların hər biri əlində silah tutub.

Başlıqda izah olunur ki, fotoda Adam Kadırov tərəfindən qurulan "K-13 Komandası" bölməsi təsvir olunub. Nəşrdə deyilir ki, "Bunlar sözünə, şərəfinə və intizamına bağlı insanlardır, zamandan və məkandan asılı olmayaraq istənilən tapşırığı yerinə yetirməyə hazırdırlar. “K-13 Komandası”nın əsas prinsipləri sədaqət, qətiyyət və məsuliyyətdir".

Fotoşəkillərdəki etiketlərə görə, "K-13 Komandası"na Çeçenistan Baş naziri Maqomed Daudovun 18 yaşlı oğlu Ramzan, Baş nazirin müavini Abuzaid Vismuradovun 21 yaşlı qardaşı oğlu Axmat, Çeçenistan rəhbərinin 30 yaşlı qohumu Abubakar Kadırov, Çeçenistan Milli Qvardiyası “Axmat”ın xüsusi çevik bölməsinin zabiti Maqomed (Adam) Naurbiyevin oğlu Xas-Maqomed Naurbiyev daxildir.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm