Mətbəx
Ankarada Azərbaycan mətbəxi günləri
Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan mətbəxi günləri öz işini uğurla davam etdirir.
Publika.az xəbər verir ki, bu tədbir təkcə ölkəmizin zəngin mətbəx ənənəsini deyil, eyni zamanda bütövlükdə mədəni irsi, mənəvi zənginlikləri ilə bağlı dolğun təəssürat yaradır.
Milli mətbəximizin tanıtımı günündə açılış nitqi ilə çıxış edən Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim bildirib ki, Azərbaycan Türkiyə üçün heç də yad bir ölkə deyil: “Azərbaycan mətbəxi olduqca zəngin mətbəxdir. Ümid edirəm sizlər bir həftə boyunca sadəcə azərbaycanlı ustad aşçıların bişirdikləri yeməklərin dadına baxmayacaqsınız, həm də Azərbaycan mədəniyyəti ilə tanış olacaqsınız. Azərbaycanın mədəniyyətini, yeməyini və musiqisini sevəcəyinizə şübhə etmirəm. Biz səfirlik olaraq hər zaman sizlərə Azərbaycan mədəniyyətini daha yaxından tanımağınıza kömək etməyə hazırıq".
Aşbaz Mirmövsüm Dadaşov hesab edir ki, Azərbaycanın zəngin mətbəx ənənələrini və ümumiyyətlə tarixi keçmişini tanıtmaq baxımından bu kimi tədbirlərin önəmi çox böyükdür: “Bu gün Azərbaycan Milli Kulinariya Mərkəzindən gələn aşbazımız Tural Bayramovla birlikdə biz yalnız yemək bişirməklə kifayətlənmədik, eyni zamanda hazırladığımız təamları gələn qonaqlarımıza təqdim edib, hər bir yemək haqqında ayrı - ayrılıqda məlumat verdik. Bu məlumat sadəcə yeməklərlə deyil, həmin yeməklərin hazırlandığı bölgələrimizlə, oranın tarixi, mədəniyyəti ilə bağlı idi.”
Dadaşovun sözlərinə görə, milli musiqimizin sədaları altında azərbaycanlı aşbazların hazırladıqları ləziz təamların dadına baxan qonaqlar məmnunluq bildirib: “Biz Azərbaycanımız haqqında danışanda görürük ki, insanların üzündə necə maraq, heyrət dolu təbəssüm yaranır və onlar bu sərgidən eyni zamanda mənəvi zövq alırlar. Ecazkar muğamımızın sədaları altında təamlarımızı dadan qonaqlarımız göstərilən videoçarxlar vasitəsi ilə ölkəmiz haqqında dolğun məlumat da əldə etmiş olurlar. Hər zaman çalışırıq ki, olduğumuz, iştirak etdiyimiz bütün tədbirlərdə ölkəmizi, onun mətbəxini layiqincə təmsil edək. Harda olsaq, zəngin mətbəximizi nümayiş etdirməkdən böyük zövq alırıq”.
Sevinc Xan Qızı
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO



































.jpg)


