Yaxın Şərq
Liberman istefa verdi - (YENİLƏNDİ)
İsrailin müdafiə naziri Aviqdor Liberman istefaya getdiyini bəyan edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Liberman bu haqda xüsusi mətbuat konfransında deyib.
Onun istefa qərarı Qəzza sektorunda Fələstin döyüşçülərinə qarşı döyüş hərəkətlərinin dayandırılması ilə razılaşmamasıyla bağlıdır.
“Bizim evimiz İsrail” partiyasının liderinin istefa verməsi baş nazir Benyamin Netanyahu hökumətini parlament əksəriyyətinin dəstəyindən məhrum etmir, amma İsraili idarə edən koalisiyaya məxsus mandat sayını 120 yerlik Knessetdə 61 mandata qədər azaldır. Bu isə növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını yüksəldir.
Xatırladaq ki, ötən gün Qəzza bölgəsində atəşkəs elan edilib. Aviqdor Liberman bu qərara qarşı çıxaraq HƏMAS-a sərt zərbəni vurmağa çağırıb.
Qeyd edək ki, Liberman 2016-cı ildən müdafiə naziri vəzifəsi tuturdu. O, Netanyahunun iki əvvəlki hökumətində Xarici İşlər Nazirliyinə başçılıq edirdi.
Ömər
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur

















.jpg)


















.jpg)
.jpg)

