Yeni NATO: ABŞ ərəblərin üzərindən KİMLƏRİ HƏDƏF ALIR?
Bizi izləyin

Yaxın Şərq

Yeni NATO: ABŞ ərəblərin üzərindən KİMLƏRİ HƏDƏF ALIR?

Yaxın Şərqdə yeni hərbi ittifaq yaradılır. İttifaq ərəb dövlətlərini İŞİD, həmçinin “İran təhlükəsi”nə qarşı birləşdirə bilər. Onun MESA (Middle East Strategic Alliance) adlanacağı və NATO-nun “ərəb analoqu”nun olacağı gözlənilir.

Publika.az xəbər verir ki, yaradılması planlaşdırılan yeni ittifaqın hədəflərini şərh edən Ukraynanın “Obozrevatel” nəşrinin yazdığına görə, onun əsas məqsədi ərəb dünyasında İran və Rusiyanın mövqelərini vurmaq olacaq.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr bildirib ki, bir sıra ərəb ölkələri Yaxın Şərqin “xarici təcavüzdən” müdafiəsi üçün təhlükəsizlik üzrə yeni razılaşma haqqında ABŞ-la danışıqlar aparır. Hər şeydən əvvəl, Səudiyyə Ərəbistanı, Misir və İordaniyanın ittifaqından söhbət gedir.

“Hədəf regionu xarici təcavüzdən qoruyacaq və ABŞ ilə region ölkələr arasında münasibətləri möhkəmləndirə biləcək təhlükəsizlik sahəsində razılaşmalara nail olmaqdır”, - Əl-Cubeyr Ər-Riyadda Fars körfəzi ölkələrinin əməkdaşlıq Şurasının sammitinin nəticələrinə dair keçirilən mətbuat konfransında deyib.

Yeni ittifaqın əsas potensial rəqibinin İran olduğu bildirilir. İran çoxdan regiondakı proseslərə təsir edir. Artıq Suriya və Yəmən İran və Səudiyyə Ərəbistanı arasında döyüş meydanına çevrilib.

“Burada əsas təhlükə İŞİD-dir. Bundan başqa, potensial rəqib İran, həmçinin şiə dünyası üzrə onun müttəfiqləridir. Sünni ölkələri daxili vəziyyət baxımından təhlükə görürlər. Geosiyasət nöqteyi-nəzərindən hərbi blokların yaradılması dünyada gərginliyin artmasının müjdəçisidir”, - nəşrə beynəlxalq hüquq mütəxəssisi Andrey Buzarov söyləyib.

Yaxın Şərq Tədqiqatları Mərkəzinin direktoru İqor Semivolos həmçinin vurğulayıb ki, ittifaqın əsas hədəfi İran və radikal təşkilatlardır.

“Bütovlükdə onu Yaxın Şərqdə NATO-nun analoqu kimi təsəvvür etmək olar. Ən azından, tarixdə belə ittifaqların yaradılmasının bir neçə nümunəsi var, amma onlar həmişə Vaşinqton tərəfindən dəstəkləniblər. Aydındır ki, blok kimlərə qarşı yönəldiləcək: bu, İran və radikal təşkilatlardır”,- ekspert hesab edir.

İttifaqın daha bir mümkün hədəfi Rusiyadır. Son bir ərzində Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salmanla münasibətləri qaydaya salmağa çalışıb. Ərəb şahzadə hətta 2018-ci il futbol üzrə dünya çempionatı ərəfəsində rəsmi səfərlə Moskvaya gəldi. Siyasətlər son G20 sammitində də mehribancasına salamlaşdılar.

“Lakin onların arasındakı dostluq münasibətləri heç də uzunmüddətli qarşılıqlı dəstəyə zəmanət vermir. Məsələ ondadır ki, Səudiyyə Ərəbistanı Yaxın Şərqdə ABŞ-ın əsas partnyorlarından biridir. Ölkələr arasında hərbi əməkdaşlığı müəyyən edən razılaşmalar və müqavilələr imzalanıb. Bundan başqa, Səudiyyənin müxalifət jurnalisti Camal Qaşıqçının qətli ətrafında yaranan qalmaqal, ehtimal ki, varis şahzadəni ABŞ-a müəyyən güzəştlərinə getməyə məcbur edəcək. Səudiyyə Ərəbistanı və İran arasında həmçinin, əngəl daşı İran olaraq qalır. İran regionda Rusiyanın strateji partnyordur və ABŞ tərəfindən hücum halında hərbi müdafiəyə zəmanət verir”, - “Obozrevatel” qeyd edib.

İqor Semivolos vurğulayıb ki, Şərqdə NATO-nun analoqunu yaratmaq ideyası realdır.

“Amma ölkələrdən hər biri öz maraqlarına malikdir, çox inanmıram ki, belə təşəbbüs sabit ola bilər. Elan edəcəklər ki, ola bilər. Yaradacaqlar, amma bu ittifaq çətin ki, uzun müddət işləsin. Yaxın Şərq sünni ölkələri arasında Misiri ayırmaq olar. İordaniya, Qətər, Yəmən, BƏƏ, Bəhreyn, Küveyt, Oman zəif ölkələrdir. Düzdür, onlar dünya iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir edirlər. Amma hərbi planda bu ölkələr kifayət qədər zəifdir”, - Semivolos hesab edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm