Yaxın Şərq
7 ölkə Türkiyəyə QARŞI BİRLƏŞDİ - Hər şey müharibəyə doğru
Şərqi Aralıq dənizi bölgəsində təbii qazı hasilatı, istehsalı və tranziti üzrə ölkələr qrupunu birləşdirən yeni birlik qurulur.
Publika.az xəbər verir ki, Şərqi Aralıq dənizi Qaz Forumu adlı birlik Qahirədə işinə başlayacaq.
Misir Neft və Mədənçilik Nazirliyinin verdiyi açıqlamaya görə, foruma 7 ölkə daxil olacaq. Buraya Cənubi Kipr, Yunanıstan, İsrail, İtaliya, İordaniya, Fələstin və Misir daxildir. Bu ölkələrin energetika nazirləri bölgədəki təbii qaz potensialının faydalı şəkildə istifadə edilməsi, texniki və iqtisadi sahələrdə əməkdaşlığın təməlini qoymaq üçün birgə işləyəcəklər. Forumun əsas hədəflərindən biri istehsal və tələbatı ilə üzvlərin maraqlarına xidmət edəcək regional qaz bazarının qurulmasıdır.
Forumun quruluşu ilə bağlı digər bir görüş aprel ayında baş tutacaq. Forumun maraqları və hədəfləri ilə razılaşan istehsalçı, istehlakçı və ya keçid ölkələrindən hər hansı biri bu foruma sonradan üzv ola biləcək.
Qeyd edək ki, Şərqi Aralıq dənizində təbii qaz bölgələrinin bölüşdürülməsi məsələsində adıçəkilən ölkələrin bəziləri ilə Türkiyə arasında ciddi qarşıdurma var. Türkiyə Şərqi Aralı dənizində, xüsusilə Kipr arası ətrafında birtərəfli aparılan kəşfiyyat-axtarış işlərinə qarşı çıxır. Ekspertlər ziddiyyətlərin hətta hərbi qarşıdurma ilə nəticələnə biləcəyini proqnozlaşdırırlar. Bu ölkələrdən Misir, Yunanıstan, İsrail və Cənubi Kipr arasında hərbi əməkdaşlığın genişlənməsi də proqnozların reallaşa biləcəyi ehtimalını artırır.
Zümrüd
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL




































.jpg)
