Yaxın Şərq
İsrail İrana MÜHARİBƏ ELAN EDİR - 3 cəbhədən döyüş başlayacaq
İran Suriyadakı varlığını qorumağa davam edərsə, İsrail İrana girmək məcburiyyətində qalacaq.
Publika.az xəbər verir ki, bu iddia mərkəzi Təl-Əvivdə yerləşən İNSS düşüncə qurumundan gəlib.
İsrailin 2019-cu ildə üz-üzə qalacağı təhlükəsizlik probelmləri və bu problemlərin necə həll olunacağına dair hesabatda ölkənin bu il qarşılaşacağı ən böyük təhdidin şimalda İran, Suriya və Hizbullah ilə başlayacaq müharibə olduğu vurğulanıb.
Əgər bu müharibə başlasa, qarşıdurmalar cənuba keçə bilər və bu durumda İsrailin Qəzza zolağında nəzarəti əlində saxlayan Həmas ilə savaşmaq məcburiyyətində qalacağı bildirilib.
Həmçinin, qeyd edilib ki, ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramına qarşı sələflərindən daha sərt addımlar atır, lakin bununla belə, Vaşinqton İrana qarşı hərbi hərəkata hazırlaşmır. Trampın əsgərlərini Suriyadan çıxarmaq qərarından sonra Tehranın Suriyadakı varlığını sonlandırmaq üçün İrana müdaxilə etmək məsələsi də buna görə qabardılıb.
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu yaxın günlərdə İranı Suriyadan çəkilmək üçün təhdid etmiş, hücumlara qorxmadan və daim davam edəcəklərini bildirmişdi.
Zümrüd
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL




































.jpg)
