Yaxın Şərq
İranı Suriyadan yalnız bu ölkə çıxara bilər – İsraildən ETİRAF
İranı Suriyadan yalnız diplomatik yolla çıxara bilərsiniz. Bunu edə biləcək diplomatik cəhdin tək ünvanı var, o da Rusiyadır.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu İsrail Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Amir Eşel mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, heç bir hərbi hərəkət İranı Suriyadan çıxarmağa kifayət etməyəcək. Amir Eşel qeyd edib ki, mövcud şərtlər altında tək alternativ ABŞ-ın dünya miqyasında hərəkətə keçməsidir. Lakin keçmiş komandanın fikrincə, ABŞ-ın bu addımı atması az qala qeyri-mümkündür.
Qeyd edək ki, Amir Eşelin ötən gün bu qiymətləndirmələri etdiyi saatlarda Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və Rusiya xarici işlər naziri müavini Sergey Verşinin İsrailə gəlib. İsrail mətbuatı, Lavrentyev və Verşinin bu gün İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcəyini yazıb. Görüşdə İranın Suriyadakı varlığının müzakirə ediləcəyi bildirilir.
Xatırladaq ki, ötən həftə İsrail Suriyada Bəşər Əsəd rejimini dəstəkləyən İran güclərini hədəf aldı. Rusiya hücumda 4 suriyalı əsgərin, İsrail mətbuatı isə 12 iranlı əsgərin öldürüldüyünü açıqlayıb.
Ömər
-
Magazin221:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi





































.jpg)
