Yaxın Şərq
SON DƏQİQƏ: Rusiya ilə İran arasında DÖYÜŞ BAŞLADI - 70 ölü
Suriyada uzun müddətdir ki, gərginlik yaşayan Rusiyanın dəstək veridiyi “Aslan Qüvvələrinin 5-ci birliyi” və Bəşər Əsədin qardaşının rəhbərlik etdiyi İranın dəstəklədiyi “4-cü təriqət” qrupları arasında qarşıdurma yaranıb.
Publika.az xəbər verir ki, olay nəticəsində hər iki tərəfdən ümumilikdə 70 nəfər həlak olub, çox sayda yaralı var.
Qarşıdurmaya səbəb isə anlaşmazlıq olub. İnsidentdən sonra “4-cü təriqət” qarşı tərəfin nəzarətində olan Rasif kəndini ələ keçirib.
Qeyd edək ki, qarşıdurmalar ötən həftədən bəri mütəmadi olaraq davam etməkdədir. Həmin zamandan etibarən tərəflər arasında atəşkəslə bağlı razılaşma əldə edilsə də, buna əməl edən yoxdur. Əksinə, insident şiddətlə davam edir.
Azad Suriya Ordusunun bölmələrindən biri olan Milli Azadlıq Cəbhəsinin Nasir ordusu rəsmisi Məhəmməd Rəşid verdiyi açıqlamada bildirib ki, Rusiya ilə İran arasında bölgədə hakimiyyət uğrunda mübarizə gedir: “Rusiya hərbi müxaliflərlə təmas xətlərində İranın dəstəklədiyi qrupların olmasını istəmir. Bu həmlələrlə Rusiya İranın orduya sahib olmaq istəyinin qarşısını almaq niyyətindədir”.
Məlumat üçün bildirək ki, iki qrupun ticarət yolları üzərində
nəzarəti, xərac kəsmək və dinc sakinlərin məskunlaşması kimi
məsələlərdə anlaşmazlığı var.
Rusiya ilə İran arasındakı gizli gərginliyin ən bariz nümunəsi
İsrailin İrana qarşı istifadə edilməsi olduğu bildirilir. Çünki
İsrail Suriyanın hava sahəsinə girişləri Rusiya ilə birgə
koordinasiya edir. Rusiyanın icazəsi sayəsində İsrail son dövrlərdə
Hizbullah qüvvələrini rahatlıqla və tez-tez hədəfə ala bilir. Bəşər
Əsəd rejimi isə uzun müddətdir ki, Suriyada müxaliflərə qarşı
əməliyyatları öz ordusu ilə deyil, İran dəstəkli xarici terror
qüvvələri vasitəsilə həyata keçirir.
Zümrüd
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”





























.webp)










