Yaxın Şərq
Rusiya ŞOKDA: İsrail S-300-ləri bu silahla məhv edəcək
İsrailin hazırladığı “hava-yer” sinfindən olan yeni səsdən sürətli “Rampage” aeroballistik raketlər S-300 Rusiya komplekslərinə qarşı layiqli mübarizə vasitəsidir.
Publika.az xəbər verir ki, bu haqda “Telepolis”nəşrinin jurnalisti Florian Retser yazıb.
Onun sözlərinə görə, İsrail hərbçiləri keçən həftə yeni raketləri Suriyanın Hama əyalətində avizərbələr (aprelin 13-də -red.) zamanı tətbiq ediblər.
Bundan başqa, Retser qeyd edir ki, İsraildə bu raketləri Suriyada S-300 komplekslərinin yerləşdirilməsinin nəticəsi hesab edirlər. Belə ki, bu raketlərin sözügedən kompleksləri “aldatmağa” qadir olduğu bildirilir.
Jurnalist əlavə edir ki, İsrailin IMS (Israel Military Industries) və IAI (Israel Aerospace Industries) şirkətləri tərəfindən yaradılan “Rampage”ni dördüncü və beşinci nəsil qırıcılardan, xüsusi halda, “F-15 Eagle”, “F-16 Fighting Falcon” və “F-35 Lightning II” qırıcılarından işə salmaq mümkündür. Silah zenit-raket kompleksləri və rəqibin maddi obyektlərinin, həmçinin yeraltı bunkerlərin məhvi üçün nəzərdə tutulub. Onun sözlərinə görə, raket daha yaxşı qorunan hava hücumundan müdafiə vasitələri üçün xüsusi olaraq hazırlanıb.
Silah həmçinin Rusiya istehsalı "Pantsir" zenit-raket kompleksinin "qatili" hesab edilir.
Raketin uçuş məsafəsi 150 kilometr təşkil edir, uzunluğu 4,7 metr, ümumi çəkisi 570 kiloqram, döyüş hissəsi isə 150 kiloqramdan çoxdur.
Retser sonda vurğulayır ki, indi Rusiya S-400 komplekslərinin effektivliyini göstərməli olacaq. Onun sözlərinə görə, artıq komplekslər Rusiya bazalarının müdafiəsi üçün Suriyada yerləşdirilib
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...



































.jpg)
.jpg)

