Yaxın Şərq
1600 dinc sakin raketlərlə öldürüldü, 11 bina dağıdıldı - - FOTOLAR
Beynəlxalq Amnitsiya Təşkilatı (BAT) və İngiltərənin müharibə bölgələrində dinc sakinlərin ölümlərini müşahidə edən “Airwars” platforması AB-ın rəhbərlik etdiyi İŞİD terror təşkilatına qarşı mübarizə koalisiyasının 2017-ci ildə Suriyanın Rakka şəhərinə vurduğu ziyanı araşdırıb.
Publika.az xəbər verir ki, BAT Rakka şəhərində 200-dən çox məkanda araşdırmalar aparıb və hücumlardan sağ xilas olan 400 nəfərlə görüşüb.
Nəticədə məlum olub ki, İŞİD-ə qarşı hərbi əməliyyatlarda, xüsusilə, hava hücumları zamanı 1600 dinc sakin həlak ölüb. Şəhərdə 11 min bina dağıdılıb. Lakin bu gerçək rəqəmlər beynəlxalq ictimaiyyətdən gizlədilib və 159 nəfərin həlak olduğu açıqlanıb.
Hesabatda rəsmi Vaşinqtonun dinc sakinlərin ölümü ilə bağlı verdiyi təkzibləri geri götürməsi çağırışı edilib. ABŞ, İngiltərə və Fransa başda olmaqla, koalisiya ölkələrindən qurban gedən dinc sakinlərlə bağlı istintaq araşdırmaları başlatmaları tələb edilib. Həmçinin, ölənlərin ailələrinə maliyyə yardımı ayrılması çağırışı olunub.
Qeyd edək ki, Rakka şəhəri 2014-cü ildən İŞİD terror təşkilatının işğalı altında idi. Koalisiya qüvvələrinin havadan dəstəyi ilə PKK/YPG terror təşkilatı 17 oktyabr 2017-ci ildə həmin şəhəri öz nəzarətinə götürüb.
Zümrüd
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)