Yaxın Şərq
Yaxın Şərqin QORXULU RÖYASI - F-35 qırıcıları Türkiyəyə gəlsə...
F-35 döyüş təyyarələri Türkiyəyə verilməsə, Ankaranın yaxın Şərqdəki statusu bundan təsirlənəcək və bu səbəbdən İsrail üçün gələcəkdəki “potensial təhlükə” aradan qalxacaq.
Publika.az xəbər verir ki, bu iddia İsrailin məşhur “Haaretz” nəşrində yayımlanan analizdə yer alıb.
Rusiyanın Türkiyəyə tədarük edəcəyi S-400 zenit raket kompleksinə görə ortaya çıxan ABŞ-Türkiyə gərginliyinə İsrailin perspektivindən yanaşan nəşr bildirib ki, F-35-lərin Türkiyəyə verilməməsi qərarı İsraildə rəğbətlə qarşılanacaq. Analizin davamında Türkiyənin döyüş təyyarələri proqramındakı mövqeyi, üzərində götürdüyü vəzifələr və verəcəyi faydalar xatırladılıb. Bu qismdə qeyd edilib ki, Türkiyə proqramdan çıxarsa, İsrail məmnuniyyətlə onun yerini doldurmağa hazırdır.
Nə olmuşdu?
Qeyd edək ki, ABŞ-ın Müdafiə naziri səlahiyyətlərini müvəqqəti icra edən Patrik Şanaxan Türkiyənin Müdafiə naziri Hulusi Akara yazdığı məktubda S-400-lərin tədarükünün dayandırılmaması təqdirində, Türkiyəyə qarşı ciddi addımların atılacağını və F-35 döyüş təyyarələrinin istehsal proqramından çıxarılacağını qeyd etmişdi. Bu açıqlamadan sonra Pentaqonun mətbuat katibi Mayk Endryus türk pilotlarının F-35 təlimlərinin dayandırıldığını açıqlamışdı.
ABŞ-la Türkiyə arasındakı gərginlikdən faydalanmaq istəyən digər bir ölkə isə Polşadır. Bu ölkə ABŞ-ın Türkiyəyə vermək istəmədiyi F-35 təyyarələrini almaq istəyir.
ABŞ-a təhdid
“Defence News”un xəbərinə görə, F-35 təyyarələrinin istehsal proqramında yer alan iki ölkə ABŞ-ı təhdid edib. Bildiriblər ki, təyyarələrdə istifadə olunan “Autonomic Logistics Information System-ALIS”də (Avtonom Logistik İnformasiya Sistemi) çıxan problemə görə layihədən çəkilə bilərlər. Xəbərdə ölkələrin adları açıqlanmayıb.
ALIS nədir?
Avtonom Logistik İnformasiya Sistemi ilə F-35 təyyarələrinin bütün bilgiləri ABŞ-da və təyyarələri istehsal edən “Lockheed Martin” şirkətində toplanır. Mövcud vəziyyətdə F-35 təyyarəsindən istifadə edən ölkələrin ehtiyacı olan bütün logistik dəstək ABŞ-dan təmin olunur. F-35-in istehsalı və ondan istifadə edən ölkə sayı kifayət qədər olanda ölkələr arasında qurulması planlaşdırılan sistemdə yenə ana baza ABŞ olacaq.
Zümrüd
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL




































.jpg)
