Yaxın Şərq
ABŞ ordusunu müharibəyə göndərir - Şanaxan açıqladı
ABŞ Yaxın Şərqə daha min əsgər göndərəcək.
Publika.az xəbər verir ki, bunu ABŞ Müdafiə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Patrik Şanaxan açıqlayıb.
Şanaxan yazılı açıqlamasında bildirib ki, bu qərar Bəsrə körfəzindəki son proseslərdən sonra qəbul edilib.

“ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) əlavə dəstək tələbinə qarşılıq olaraq Baş prokurorluq və Ağ Ev ilə məsləhətləşdik. Yaxın Şərqdəki hava, dəniz və qurudan gələcək təhlükələrə qarşı müdafiə məqsədilə min əsgər göndəriləcək”, – Şanaxan qeyd edib.
Müdafiə Nazirliyinin rəsmisi bölgədəki neft tankerlərinə hücumlara münasibət bildirib: “İranın son hücumları ABŞ-ın bölgədəki heyəti və mənfəətlərini təhdid edən İran qüvvələri və onların dəstək verdiyi qruplaşmların düşmən davranışına dair aldığımız kəşfiyyat məlumatını təsdiq edir. ABŞ İranla qarşıdurma yaşamaq istəmir. Bu gün atılan addım bölgədə fəaliyyət göstərən hərbi heyətimizin təhlükəsizlik və rahatlığı, həmçinin, milli mənfəətlərimiz üçündür. Durumu diqqətlə izləməyə davam edəcəyik”.
Qeyd edək ki, ABŞ İranın təhdidlərinə qarşı Bəsrə körfəzinə “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisini, 4 ədəd B-52 bombardmançı təyyarəsini və Patriot batareyasını göndərib.
Zümrüd
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL




































.jpg)
