Yaxın Şərq
29 ildir qapalı qalan sərhəd qapısı açılır - Müharibədən sonra İLK DƏFƏ
İraq ilə Səudiyyə Ərəbistanı arasında yeganə sərhəd qapısı olan “Ar Ar” 29 il sonra istifadəyə açıqlacaq.
Publika.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın Bağdaddakı səfiri Əbdüləziz Əş-şəməri “Əl-Ərəbiə” telekanalına açıqlamasında deyib.
Səfir bildirib ki, sərhəd qapısı 15 oktyabrda rəsmi şəkildə istifadəyə veriləcək. Başda Həcc ziyarəti olmaqla, ildə 600 minə yaxın iraqlı bu qapıdan istifadə edərək Səudiyyə Ərəbistanına gedəcək.
Qeyd edək ki, “Ar Ar” sərhəd qapısı Səudiyyə Ərəbistanı ilə İraq arasındakı 812 kilometrik sərhəd xətti üzərində yeganə keçid qapısıdır. İraqın 1990-cı ildə Küveyti işğal etməsindən sonra Ər-Riyad Bağdadla bütün diplomatik münasibətlərini kəsmiş, sərhəd qapısını bağlamışdı. İŞİD terror təşkilatının aradan qaldırılmasından sonra İraq qonşu ölkələrlə ortaq maraqlar prinsipi üzərində münasibətlərini düzəltmək istədiyini açıqlamışdı.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
