Yaxın Şərq
Bəşər Əsəddən dəhşətli SÖZLƏR: "HEÇ KİM İNANMIR Kİ, TÜRKİYƏ..."
"Türkiyənin Suriyanın şimal-qərbində apardığı əməliyyat etnik konfliktə səbəb ola bilər".
Publika.az xəbər verir ki, bu sözləri Suriya prezidenti Bəşər Əsəd "Rusiya 24" kanalı və "RİA "Novosti"yə müsahibəsində deyib:
"Rəsmi Dəməşq, suriyalı qaçqınların Türkiyə ordusunun nəzarətində olan ərazilərə qaytarılmasına qarşıdır. Heç kim inanmır ki, Türkiyə 3 milyon qaçqını həmin rayona qaytarmaq istəyir. Bu cür davranış etnik konflikt yaradacaq. Çünki həmin rayonların əhalisi ərazi güzəştinə getməyəcək".
Prezidentin sözlərinə görə, türklərin əsas məqsədi həmin torpaqlara terrorçuları gətirərək radikal cəmiyyət yaratmaqdır: "İstənilən halda bu, Suriyanın ərazi bütövlüyünə təhdid deməkdir", - B.Əsəd bildirib.
Xatırladaq ki, rəsmi Ankara 9 oktyabrda İŞİD-ə və Kürd Demokratik Birlik Partiyasına (PYD) qarşı Suriyanın şimalında "Sülh çeşməsi" əməliyyatının başlandığını elan etmişdi.
Rəsmi Moskva isə 2011-ci ildən bəri davam edən konfliktin həllinə mane olan bütün addımlardan çəkinməyin vacibliyini bəyan edib.
Politoloqların fikrincə, Türkiyə bu əməliyyatla bufer zona yaradaraq öz ərazisində yaşayan suriyalı qaçqınları ora köçürmək niyyətindədir.
Aytən Novruz
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu







.jpg)




























.jpg)


