Yaxın Şərq
SON DƏQİQƏ: ABŞ ordusunu türklərin vətəninə yeridir
İraqın Kərkük şəhərindəki neft quyularına ABŞ nəzarət edəcək.
Publika.az xəbər verir ki, bu barədə İraq Türkmən Cəbhəsinin (ITC) sözçüsü Məhəmməd Saman danışıb.
Mətbuat katibi bildirib ki, Bağdadda qısa müddətdə hökumət qurulmasa, bölgədə təhlükəsizlik boşluğu yarana bilər. Bu durumda, Kərkükün neft quyuları ABŞ əsgərlərinin nəzarətinə veriləcək.
![]()
Kərkükdəki K1 hərbi bazasında yerləşən amerikalı əsgərlərin iki gün öncə şəhər mərkəzində görüldüyünə diqqət çəkən Saman illərdir ki, bazalarından bayıra çıxmayan əsgərlərin şəhər mərkəzində olmasını təsadüf kimi dəyərləndirib.
Qeyd edək ki, ABŞ 2003-cü ildə işğal etdiyi İraqa 165 minə yaxın əsgər göndərmiş və 2011-ci ilə qədər bu qüvvələr İraqda qalmışdı. Barak Obamanın təlimatı ilə bütün əsgərlər İraqdan geri çəkilmişdi.
İŞİD terror təşkilatının baş qaldırmasından sonra dövrün Baş naziri Nuri əl-Maliki ABŞ-dan yenə əsgər tələb etmişdi. İki ölkə arasında imzalanan razılaşmaya görə, İraqda 5 mindən çox ABŞ əsgəri var.
Xatırladaq ki, Kərkükdə kürdlərlə yanaşı, çox sayda türk tayfaları da məskunlaşıb.
Zümrüd
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma















.jpg)















.webp)








